Əsas Səhifə > Dünya > Çin ABŞ-dakı Baş Konsulluğunu bağlayıb
Çin ABŞ-dakı Baş Konsulluğunu bağlayıb25-07-2020, 10:23 |
Çinli diplomatlar ABŞ-ın Hyuston şəhərindəki Baş Konsulluğu tərk ediblər.Şəffaflıq.az xəbər verir ki, məlumatı “Houston Chronicle” qəzeti yayıb. Bildirilib ki, Baş Konsulluğun binasından 3 furqon çıxıb, onlardan 2-si diplomatik dövlət nömrə nişanlı olub. Çinli diplomatlar binanı tərk etdikdən sonra ora amerikalı məmurlar daxil olublar. Qeyd edək ki, iyulun 22-də ABŞ Çindən Hyustondakı Baş Konsulluğun fəaliyyətini 72 saata dayandırmağı tələb etmişdi. Geri qayıt |