ABŞ Çindəki konsulluğunun işini bərpa etməyəcək
ABŞ Çinin Uxan şəhərindəki konsulluğunun işini bərpa etməyi planlaşdırmır.
Şəffaflıq.az “Associated press”ə istinadən xəbər verir ki, bunu ABŞ administrasiyasından bildiriblər.
“ABŞ bildirib ki, Çində koronavirusun tüğyan etdiyi vaxtda - yanvarın sonunda Uxan şəhərində bağladığı konsulluğu yenidən açmayacaq”, məlumatda bildirilib.
Uxan koronavirusun mənbəyi sayılır.
Qeyd edək ki, iyulun 22-də rəsmi Vaşinqtonun ABŞ-ın Hyuston şəhərində yerləşən Çin Baş Konsulluğunun bağlanmasını tələb edilməsi barədə məlumat yayılıb.
Xəbəri paylaş
Facebook-da paylaş