Əsas Səhifə > Dünya > ABŞ Çindəki konsulluğunun işini bərpa etməyəcək

ABŞ Çindəki konsulluğunun işini bərpa etməyəcək


22-07-2020, 19:52

 

ABŞ Çinin Uxan şəhərindəki konsulluğunun işini bərpa etməyi planlaşdırmır.

Şəffaflıq.az “Associated press”ə istinadən xəbər verir ki, bunu ABŞ administrasiyasından bildiriblər.

 “ABŞ bildirib ki, Çində koronavirusun tüğyan etdiyi vaxtda - yanvarın sonunda Uxan şəhərində bağladığı konsulluğu yenidən açmayacaq”, məlumatda bildirilib.

Uxan koronavirusun mənbəyi sayılır.

Qeyd edək ki, iyulun 22-də rəsmi Vaşinqtonun ABŞ-ın Hyuston şəhərində yerləşən Çin Baş Konsulluğunun bağlanmasını tələb edilməsi barədə məlumat yayılıb.

Geri qayıt