Nəzakət Teymurova koronavirusa yoluxdu, vəziyyəti ağırdır

 

Xalq artisti Nəzakət Teymurova koronavirus infeksiyasına yoluxub.

Şəffaflıq.az xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib. O bildirib ki, xanəndənin vəziyyəti ağırdır:

"Ondan koronavirusa yoluxduğunu eşidəndə qulaqlarıma inanmadım. Axı Nəzakət Teymurova çox ehtiyatlı idi. Amma nə edəsən ki, reallıq öz sözünü deyir və bizim medianın da gözündən heç nə yayınmır. Nəzakət Teymurovanın vəziyyəti çox ağırdır. Hazırda xəstəxanaya yerləşdirilib".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}