İtaliyada daha 188 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

 

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı sutka ərzində 7 nəfər artıb və ümumilikdə 34 945-ə çatıb.


Bu barədə ölkənin Mülki Müdafiə Departamentinin açıqlamasında qeyd olunur.

Bundan bir gün əvvəl 12 nəfərin virusun qurbanına çevrildiyi deyilirdi. İtaliyada koronavirusa yoluxma üzrə sutkalıq artım 188 nəfər olub. Hazırda 13 303 italiyalı xəstəlikdən müalicə olunur.


Epidemiyanın əvvəlindən bəri İtaliyada 194 579 nəfər müalicə olunaraq sağalıb. Hazırda 67 nəfər intensiv terapiya şöbəsindədir. 


Ölkədə bu günədək virusa yoluxanların ümumi sayı isə 242 827 nəfərdir.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}