Azərbaycanda ailələrin dağılmasına səbəb olan hadisələr adətən eynilik təşkil edir. Bəzən elə xəstəliklər olur ki, nəinki Azərbaycanda, hətta dünyada belə, həmin problemə rast gəlinən cütlüklər çox az olur.
Moderator.az vaginusmus xəstəliyi səbəbindən əziyyət çəkən cütlüyün dramını təqdim edir.
Uroloq Vasif İsmayılın cütlüklər üçün nümunə kimi təqdim etidiyi ailə probleminə vaginusmus adlı qadın xəstəliyi səbəb olub.
Həkimin sözlərinə görə tanınmış ailənin övladları olan cütlük evləndikdən bir müddət sonra həkimə müracitə edərək problemlərini danışıb. Məlum olub ki, qız cinsi əlaqəyə icazə vermir və o, çox çətin müalicə olunan psixoloji problemdən əziyyət çəkir:
“Biz bu cütlüklə danışdıq. Onları Türkiyəyə göndərdik. Onlara psixoterapevt lazım idi. O qız ailəsini saxlamaq üçün hər şeyə getdi. Vaginusmusun psixoterapiyası insan psixologiyası üçün kifayət qədər ağır prosesdir. O qız bu prosesə sona qədər əməl elədi. Amma oğlan ona heç bir şeydə yardımçı olmadı”.
Həkim qeyd edir ki, o, oğlanla təklikdə də söhbət edib:
“Mən ona dedim ki, bu prosesdə sən zərərçəkmiş hesab oluna bilərsən. Amma cütlüklər belə məsələlərdə bir-birinə yardım etməlidir. Sən bunu istəmirsənsə, səhv eləyirsən. O qız ailəniz üçün hər şey eləyir. İndi sən qərarını de, nə etmək istəyirsən? Bu ailəni möhkəmləndirmək istəyirsənsə, sənin üzərinə düşən məsələlər var. Yox əgər cığallıq eləyirsənsə, bunu de, insanlara əziyyət vermə. Təəssüf ki, onlar ayrıldılar. Amma mən bu gün də o qızın cəhdlərini, zəhmətini düşünəndə, deyirəm ki, gör insan nələrə qadirdir?. İndi hər detalı açıb deyə bilmirəm. Sonra bildim ki, bu evlilik prestij naminə qurulubmuş. Formal olaraq belə dedilər ki, ailə qıza görə dağıldı. Amma Allah da bilir ki, o qız əlindən gələni elədi”.
Qeyd edək ki, vaginismus vaginanın ön qisimində cinsi əlaqəyə icazə verməyəcək şəkildə istəksiz sıxılmaların meydana gəlməsidir. Vagina girişini çevrələyən əzələ təbəqəsi, eyni zamanda vagina açıqlığını da nəzarət etdiyindən, bu əzələnin istəksiz olaraq sıxılması cinsi əlaqə əsnasında penisin vaginaya girişinə tamamilə maneə olur.(a24.az)