“KXDR ABŞ-la danışıq aparmaqdan qəti imtina edib” – XİN

 

Koreya Xalq Demokratik Respublikası (KXDR) Amerika Birləşmiş Ştatları (ABŞ) ilə danışıq aparmağa hazırlaşmır və bu məsələdə əvvələr seçdiyi mövqedə qalacaq.

Belə bəyanatla KXDR Xarici İşlər Nazirliyinin (XİN) ABŞ-la iş üzrə departamentinin başçısı Kvon Çjon Qın çıxış edib. Bu barədə Koreya Mərkəzi teleqraf agentliyi (KMTA) xəbər verib.

«Yenidən birmənalı şəkildə bəyan edirik ki, ABŞ-la bir danışıq masası arxasında oturmaq fikrində deyilik» - diplomat bildirib.

O, sözlərini Seula ünvanlayıb. Belə ki, oradan hər zaman danışıqlar üzrə vasitəçi şərtlərinin dəyişmədiyi barədə yüksək səslər eşidilir.



Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}