Əsas Səhifə > Dünya > “KXDR ABŞ-la danışıq aparmaqdan qəti imtina edib” – XİN
“KXDR ABŞ-la danışıq aparmaqdan qəti imtina edib” – XİN8-07-2020, 08:40 |
Koreya Xalq Demokratik Respublikası (KXDR) Amerika Birləşmiş Ştatları (ABŞ) ilə danışıq aparmağa hazırlaşmır və bu məsələdə əvvələr seçdiyi mövqedə qalacaq. Belə bəyanatla KXDR Xarici İşlər Nazirliyinin (XİN) ABŞ-la iş üzrə departamentinin başçısı Kvon Çjon Qın çıxış edib. Bu barədə Koreya Mərkəzi teleqraf agentliyi (KMTA) xəbər verib. «Yenidən birmənalı şəkildə bəyan edirik ki, ABŞ-la bir danışıq masası arxasında oturmaq fikrində deyilik» - diplomat bildirib. O, sözlərini Seula ünvanlayıb. Belə ki, oradan hər zaman danışıqlar üzrə vasitəçi şərtlərinin dəyişmədiyi barədə yüksək səslər eşidilir. Şəffaflıq.az Geri qayıt |