Bakını bürüyən qoxunun səbəbi bilindi — Analiz nəticəsi açıqlandı
Şəffaflıq.az xəbər verir ki, nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev nəticələrə görə nümunələrin yaşılımtıl rəngli və bataqlıq qoxulu olduğunu deyib. O bildirib ki, codluq 1.8, xlorid ionu 15.5, ammonium ionu 5.3, sulfat ionu 2.5 dəfə çoxdur. Ümumilikdə ionlar normadan 11.6 dəfə çox qeydə alınıb. V.Əliyev qeyd edib ki, Sobsan fabrikində baş vermiş yanğın zamanı yaranmış tullantıların da Böyük Şor gölünə axıdılması ehtimal olunur və bununla bağlı araşdırmalarımız davam edir: "Son günlər Bakı şəhəri, Abşeron yarımadasında yüksək temperaturun, durğun hava şəraitinin müşahidə edilməsi də iy-qoxunun daha da kəskinləşməsinə səbəb olub".
Facebook-da paylaş