Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib

 

Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Şəffaflıq.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən məlumat verir.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 20 min 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11 min 742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib. Hazırda 8 332 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 722, ötən müddət ərzində isə ümumilikdə 516 min 533 test aparılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}