Əsas Səhifə > Gündəm > Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib
Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib5-07-2020, 20:11 |
Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Şəffaflıq.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən məlumat verir. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. Ölkədə indiyədək ümumilikdə 20 min 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11 min 742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib. Hazırda 8 332 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 722, ötən müddət ərzində isə ümumilikdə 516 min 533 test aparılıb. Geri qayıt |