ABŞ-da rekord sayda yoluxma – Ştatlar sərt karantin tədbirlərini qaytardı
ABŞ-da koronovirus epidemiyası başladığı gündən bu yana ölkədə rekord sayda yoluxma qeydə alınıb.
Şəffaflıq.az xəbər verir ki, Con Hopkins Universitetinin məlumatına görə, 50 min 700 nəfərdə koronovirus infeksiyası aşkarlanıb. “Washington Post” qəzeti yoluxma sayının 52 min 800 olduğunu iddia edib.
Baş verən etirazlar fonunda karantin tədbirlərini yumşaldan Kaliforniya və Miçiqan ştatları bu tədbirləri yenidən tətbiq etmək qərarı verib. Pensilvaniya ştatında isə ümumi maska taxmaq məcburiyyəti tətbiq edilib.
ABŞ prezidenti Donald Tramp isə koronovirus epidemiyasının yoxolma mərhələsində olduğunu deyib. “Virus az vaxtda yox olub gedəcək” deyən Tramp iqtisadiyyatın qısa vaxt ərzində özünə gələcəyini deyib.
Demokratlar isə koronovirusla mübarizədə Trampın məğlub olduğunu iddia edirlər.
Facebook-da paylaş