Ukraynada koronavirusa rekord həddə yoluxma aşkar edilib

 

Ötən gün Ukraynada 588 nəfərdə koronavirusa yoluxma aşkarlanıb.

Bununla bağlı ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu rəqəmin ölkədə COVID-19 epidemiyasının başladığı gündən bəri rekord olduğu bildirilir.

Ümumilikdə, Ukraynada 25411 koronavirusa yoluxma halı qeydə alınıb. 747 nəfər virusun qurbanı olub, 11042 xəstə infeksiyadan müalicə edilib.

Koronavirus aşkar etmək üçün ölkədə 392316 PCR testinin edildiyi də qeyd olunur.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}