İranda koronavirusa qarşı peyvəndlərin istehsal tarixi açıqlandı
İranın bəzi innovasiya müəssisələri COVID-19 əleyhinə peyvəndin hazırlanması üzərində işləyir və 2021-ci ilin martına qədər onlardan biri istehsal prosesinə başlayacaq.
Şəffaflıq.az oxu.az-a istinadən xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin texnoloji inkişaf şöbəsinin müdiri Hüseyn Vətənpur deyib.
Onun sözlərinə görə, o vaxta qədər ölkədə insan papillomavirusu (HPV) və H1N1 qripinə qarşı peyvəndlər də mövcud olacaq.
"Peyvəndin inkişafında irəliləyişimiz xarici analoq məhsullarla rəqabət apara bilər", - deyə o, sözlərini yekunlaşdırıb.
Xəbəri paylaş
Facebook-da paylaş