Əsas Səhifə > Dünya > İranda koronavirusa qarşı peyvəndlərin istehsal tarixi açıqlandı
İranda koronavirusa qarşı peyvəndlərin istehsal tarixi açıqlandı29-06-2020, 22:17 |
İranın bəzi innovasiya müəssisələri COVID-19 əleyhinə peyvəndin hazırlanması üzərində işləyir və 2021-ci ilin martına qədər onlardan biri istehsal prosesinə başlayacaq. Şəffaflıq.az oxu.az-a istinadən xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin texnoloji inkişaf şöbəsinin müdiri Hüseyn Vətənpur deyib. Onun sözlərinə görə, o vaxta qədər ölkədə insan papillomavirusu (HPV) və H1N1 qripinə qarşı peyvəndlər də mövcud olacaq. "Peyvəndin inkişafında irəliləyişimiz xarici analoq məhsullarla rəqabət apara bilər", - deyə o, sözlərini yekunlaşdırıb. Geri qayıt |