ÜST-dən AÇIQLAMA: koronavirusa qarşı dünya miqyasında müxtəlif şirkətlər tərəfindən 83 peyvəndin hazırlandığını açıqlayıb.

 Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusa qarşı dünya miqyasında müxtəlif şirkətlər tərəfindən 83 peyvəndin hazırlandığını açıqlayıb.
Şəffaflıq.az xəbər verir ki, hazırlanan peyvəndlərdən hələlik sadəcə 6-nın insanlar üzərində sınaqdan keçirilməsinə icazə verilib. Məlumata görə, 6 peyvəndən 3-ü Çində insanlar üzərində sınaqdan keçirilir. Bildirilib ki, insanlar üzərində aparılan testlərin nəticələri barədə qəti fikir söyləmək hələ tezdir.
Qeyd edək ki, koronavirusa qarşı peyvəndin insanlar üzərində ilk sınağı ABŞ-dakı “Moderna” dərman şirkəti tərəfindən həyata keçirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}