Çində koronavirusa qarşı vaksinin sınaqdan keçirilməsi təsdiqləndi

 

Çində koronavirusa qarşı hazırlanan vaksinin klinik təcrübəsinin həyata keçirilməsi təsdiqlənib.

Məlumatı Çinin rəsmi dövlət televiziyası yayıb.

Bildirilib ki, Çin Hərbi Tibb Akademiyasında təhlükəsizliyi, təsiri və keyfiyyəti yoxlamaq, habelə kütləvi istehsalı həyata keçirmək üçün ilkin hazırlıqlar başlayıb. Akademiyanın bioloqu, general Çen Veinin başçılığı altında qrupun hazırladığı vaksində koronovirusa yoluxmayan antigen hissələrinin olduğu bildirilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}