Lissabonda karantin sərtləşdirildi
Portuqaliya hökuməti Lissabonda və həmçinin şəhərə yaxın bölgələrdə koronavirus pandemiyası səbəbiylə karantin məhdudiyyətlərini yenidən sərtləşdirib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Antoniu Koştu elan verib. Onun sözlərinə görə, məhdudiyyətlər şəhər və şəhərətrafı bələdiyyələrin 15 bölgəsinə şamil olunur.
Belə ki, 23 iyundan etibarən müəyyən fəaliyyət növlərinə məhdudiyyətlər gücləndiriləcək. Xüsusilə, kafe və mağazaların axşam səkkizə qədər işləməsinə icazə veriləcək. Bundan əlavə, on nəfərdən çox qruplar şəklində toplaşmaq qadağan olunacaq.
Rəsmi məlumatlara görə, Portuqaliyada 21 may-21 iyun tarixləri arasında koronavirusa yoluxanların sayı 9 222-yə çatıb. Ən çox yoluxma halları Lissabonda və Taco çayı vadisində qeydə alınıb.
Facebook-da paylaş