Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi

 

Azərbaycanda karantin rejimi uzadılıb.

Şəffaflıq.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib. O bildirib ki, ölkəmizdəki xüsusi karantin rejiminin avqustun 1-dək uzadılmasına qərar verilib. 


Qərara alınıb ki, iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq.

 Bildirilib ki, bu yerlərdə vətəndaşlar SMS icazə ilə evdən çıxa biləcəklər. Dövlət və özəl təşkilatlarda işə çıxma ilə bağlı məhdudiyyətlər olacaq. Ticarət obyektləri bağlanacaq. Bərbərxana və gözəllik salonları bağlanır, muzey və sərgi salonları bağlanır. Açıq havada idman oyunları qadağan edilir.


Məhdudiyyətləri tətbiq olunduğu müddət ərzində kafe və restoranlarda, iaşə obyektlərində yerində xidmət dayandırlacaq. 

Bulvar, park və istirahət məkanlarına giriş məhdudlaşdırılmır.

 Bakıda metropoliten bu dövr ərzində öz fəaliyyətini davam etdirəcək.

Otellərin fəaliyyəti, beynəlxalq səfərlər, yas mərasimləri, tədbirlər, təhsil müəssisələrində fəaliyyət qadağası qüvvədə qalır. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}