"Google" yeni sosial şəbəkə istifadəyə verdi
Şəffaflıq.az technote-yə istinadən xəbər verir ki, istifadəçiləri online maraqlar üzrə birləşdirməyi hədəfləmiş bu yeni servis mövzu kartları sisteminə əsaslanır. Mövzu kartlarının seçilməsi isə süni zəka alqoritminə həvalə edilib. Area 120 adlı startap inkubatorunda hazırlanmış bu sosial şəbəkənin interfeysi lövhələr (Keens) sisteminə əsaslanır. İstifadəçi həmin lövhələrə müəyyən mövzu üzrə məqalələri, fotoları və ya digər kontent növlərini birləşdirə bilər. Daha sonra istifadəçi bu məlumatları paylaşa və ya şəxsi baxış üçün saxlaya bilər. Servisin daxili alqoritmi machine learning texnologiyasından istifadə edərək üstünlüklər əsasında istifadəçilərə məlumatlar kolleksiyasının əlavə olunması üzrə yeni elementlər təklif edəcək. Google istifadəçi hesabı vasitəsilə sözügedən servisdə qeydiyyatdan keçəndən sonra istifadəçi sadəcə olaraq onu maraqlandıran kateqoriyanı seçməli olacaq. Bundan sonra servis seçilmiş kateqoriya üzrə avtomatik şəkildə kontent təklifləri göndərəcək. Siyahıya müxtəlif növ kontentlər daxil olacaqlar. Mətn materiallar və fotolardan tutmuş Youtube videoları və online mağazalarda olan məhsullara kimi. Keen servisinin bütün özəllikləri ilə tanış olmaq üçün onun Android versiyalı tətbiqini yükləmək və ya servisin veb versiyasına daxil olmaq lazımdır. Servisin iOS versiyasının nə zaman istifadəyə veriləcəyi barəsində məlumat yoxdur.
Facebook-da paylaş