Nursultan Nazarbayevdə koronavirus aşkarlanıb
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev koronavirusa yoluxub.
Şəffaflıq.az xəbər verir ki, bu barədə 79 yaşlı sabiq prezidentin səhifəsində məlumat açıqlanıb: “Hazırda Qazaxıstanın birinci prezidenti özünütəcrid şəraitindədir. Təəssüf ki, Elbaşının son koronavirus testi müsbət nəticə göstərib. Narahatlığa əsas yoxdur, Nursultan Nazarbayev məsafədən işləməyə davam edir”.
Qeyd edək ki, koronavirusla bağlı Qazaxıstanda 16 mart-11 iyunda fövqəladə vəziyyət elan olunub. Ölkənin ayrı-ayrı regionlarında karantin rejimi hələ də saxlanılır.
Xəbəri paylaş
Facebook-da paylaş