Daha bir ölkədə fövqəladə vəziyyət ləğv edildi

 

Finlandiyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.

Şəffaflıq.az xəbər verir ki, bunu ölkənin Nazirlər Kabinetinin Mətbuat Xidməti açıqlayıb.

Bildirilib ki, iyunun 16-dan etibarən fövqəladə vəziyyət haqqında qanun qüvvədən düşür.

Skandinaviya ölkəsində fövqəladə vəziyyət haqqında qanun martın 16-da qüvvəyə minmişdi.

Qeyd edək ki, Finlandiyada indiyədək 7108 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 6200 nəfəri sağalıb, 326 nəfər ölüb.  

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}