Əsas Səhifə > Dünya > Daha bir ölkədə fövqəladə vəziyyət ləğv edildi
Daha bir ölkədə fövqəladə vəziyyət ləğv edildi15-06-2020, 20:58 |
Finlandiyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib. Şəffaflıq.az xəbər verir ki, bunu ölkənin Nazirlər Kabinetinin Mətbuat Xidməti açıqlayıb. Bildirilib ki, iyunun 16-dan etibarən fövqəladə vəziyyət haqqında qanun qüvvədən düşür. Skandinaviya ölkəsində fövqəladə vəziyyət haqqında qanun martın 16-da qüvvəyə minmişdi. Qeyd edək ki, Finlandiyada indiyədək 7108 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 6200 nəfəri sağalıb, 326 nəfər ölüb. Geri qayıt |