BMT-nin koronavirusa yoluxmuş əməkdaşlarının sayı AÇIQLANDI
Şəffaflıq.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik brifinqdə məlumat yayıb. O bildirib ki, bu günə kimi koronavirusa yoluxan BMT əməkdaşlarının sayı 953 nəfər təşkil edir. Qeyd edək ki, pandemiya səbəbindən BMT-nin baş qərargahında iş qrafiki məhdudlaşdırılıb. Təşkilatın əksər toplantıları videokonfrans formatında baş tutur.
BMT-nin 950-dən çox əməkdaşı COVID-19 virusuna yoluxub.
Xəbəri paylaş
Facebook-da paylaş