“İdlibdə dərhal atəşkəs elan edilsin” - BMT-dən təcili çağırış

 

İdlibdə dərhal atəşkəs elan edilməlidir.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında bildirilir.

Quterreş İdlibdə türk əsgərlərinin itkisindən dərin narahatlığını ifadə edərək, dərhal atəşkəs elan etməyə çağırıb. O bildirib ki, bölgədə gərginlik mülki şəxslər üçün riski artırır, bu da xüsusi narahatlıq doğurur.

Baş katib, həmçinin vurğulayıb ki, təcili tədbirlər görülməsə, gərginliyin hər saatda artma riski var: “Suriyadakı böhranın hərbi həlli yoxdur. Problem BMT-nin nəzarəti altında siyasi yolla həll olunmalıdır”.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}