Əsas Səhifə > Dünya > “İdlibdə dərhal atəşkəs elan edilsin” - BMT-dən təcili çağırış
“İdlibdə dərhal atəşkəs elan edilsin” - BMT-dən təcili çağırış28-02-2020, 12:25 |
İdlibdə dərhal atəşkəs elan edilməlidir. “Anadolu” agentliyi xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında bildirilir. Quterreş İdlibdə türk əsgərlərinin itkisindən dərin narahatlığını ifadə edərək, dərhal atəşkəs elan etməyə çağırıb. O bildirib ki, bölgədə gərginlik mülki şəxslər üçün riski artırır, bu da xüsusi narahatlıq doğurur. Baş katib, həmçinin vurğulayıb ki, təcili tədbirlər görülməsə, gərginliyin hər saatda artma riski var: “Suriyadakı böhranın hərbi həlli yoxdur. Problem BMT-nin nəzarəti altında siyasi yolla həll olunmalıdır”. Şəffaflıq.az Geri qayıt |