BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı təcili iclas keçirəcək
BMT Təhlükəsizlik Şurası Böyük Britaniya, ABŞ və Fransanın müraciəti əsasında Suriyadakı vəziyyətlə əlaqədar təcili iclas keçirməyə hazırlaşır.
Bu barədə Şəffaflıq.az TASS-a istinadən xəbər verir.
Təşkilatdakı mənbənin verdiyi məlumata görə, adları çəkilən ölkələr BMT-də Baş katibin Suriya üzrə xüsusi elçisi Qeyr Pedersenin, eləcə də BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin nümayəndələrinin iştirakı ilə Suriyanın şimal-qərbindəki vəziyyətlə bağlı brifinq keçirilməsini tələb edib.
İlkin məlumata görə, iclas fevralın 6-da keçiriləcək.
Xəbəri paylaş
Facebook-da paylaş