BMT-nin yeddi əməkdaşı koronavirusdan öldü
BMT əməkdaşları arasında koronavirusa yoluxanların sayı 520 nəfərə çatıb.
Şəffaflıq.az “TASSi”a istinadən xəbər verir ki, bunu brifinq zamanı BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
“Bu günə olan məlumata görə, yeddi BMTəməkdaşı koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib. Amerikada təşkilatın 147əməkdaşında COVID-19 aşkarlanıb” - Düjarrik deyib.
Onun sözlərinə görə, ölənlərin biri Nyu-Yorkdakı Katibliyin, digər iki nəfəri isə ÜST-nin və UNICEF-in işçisidir.
Xəbəri paylaş
Facebook-da paylaş