Sumqayıtda kütləvi davada üç nəfər bıçaqlanıb - Onlardan ikisi ölüb
Sumqayıtda kütləvi dava ölümlə nəticələnib.
Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayonunda yerləşən parkda olub.
Belə ki, bir neçə nəfər arasında düşən kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb. Onlardan ikisi ölüb.
Verilən məlumata görə, 1988 ci il təəvəllüdlü Qasımov Zöhrab Vəli oğlu ölüb, onun qardaşı, 1989-cu il təvəllüdlü Qasımov Tofiq isə yaralanıb.
Bıçaq yarasından ölən digər şəxs 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğludur.
Xəbəri paylaş
Facebook-da paylaş