Göyçayda "COVİD-19" pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir.

 

Göyçay Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri "Koronavirus" xəstəliyinin qarşısının alınması məqsədilə nümunəvi addım həyata keçirib. 

Gənclər Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başlatdığı "Bir-birimizi qoruyaq" adlı kampaniyaya qoşulublar. 

Layihə çərçivəsində bir qrup fəal könüllülər Göyçay Gənclər Mərkəzində keçirilən qanvermə aksiyasında vətəndaşlardan növbə ilə dayanmalarını və sosial məsafənin qorunmasını xahiş ediblər. 

Bundan əlavə, onlar maska olmadan içəri daxil olan şəxsləri qoruyucu maskalar ilə təmin edib.

müxbir: Davud Tarverdiyev

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}