Göyçayın icra başçısı "COVİD-19" virusu ilə bağlı sakinlərlə maarifləndirici söhbətlər edib - Fotolar

Göyçayın icra başçısı "COVİD-19" virusu ilə bağlı sakinlərlə maarifləndirici söhbətlər edib 
 Şəffaflıq.az xəbər verir ki,bu gün Göyçayda "Koronavirus" infeksiyasının qarşısının alınması ilə əlaqədar olaraq maarifləndirici silsilə tədbirlər çərçivəsində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə qərargah üzvləri ilə birlikdə əhali arasında maarifləndirmə tədbirləri həyata keçirib.
 Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Qərargah üzvləri şəhərin mərkəzi küçələrində olub, sahibkarlar, satıcı və alıcılarla maarifləndirici söhbətlər aparılıb. M.Səlimzadə sanitar-dezinfeksiya işlərinin aparılmasını, qoruyucu maska və əlcəklərdən istifadə etməyi, növbə gözləyərkən ara məsafəsi saxlamağın vacibliyini, müştərilərə yerində xidmət evə götürmə, çatdırma və onlayn satışlara üstünlük verilməsini, evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi bildirib. Sakinlərə zərurət olmadan evdən çıxmamaq tələb olunub.
Davud Tarverdiyev
Göyçay:
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}