Tarix açıqlandı: İyulun 5-də...
Şəffaflıq.az-ın xəbərinə görə, koronavirus pandemiyası səbəbindən dayandırılan və ləğv edilən yarışın iyulun əvvəllərində startı planlaşdırılır. İlk olaraq iyulun 5-də və 12-də Avstriya Qran-Prisi keçirilməlidir. Yarışın Azərbaycan mərhələsi sentyabrın 20-də baş tutacaq. Əvvəlcə həmin tarixdə Bakıda yalnız "Formula-2"nin keçiriləcəyi dəqiqləşmişdisə, təşkilatçılar artıq “Formula-1”in də həmin vaxt ölkəmizdə baş tutmasını nəzərdə tutur. Dünya çempionatının Avropa bölümünün yekun təqviminin iyunun 1-də açıqlanması gözlənilir. Hazırkı duruma əsasən təqvim aşağıdakı kimi formalaşıb: 5 iyul – Avstriya 12 iyul – Avstriya 19 iyul - Macarıstan 2 avqust – Böyük Britaniya 9 avqust – Böyük Britaniya 16 avqust – İspaniya 30 avqust – Belçika 6 sentyabr – İtaliya 20 sentyabr – Azərbaycan 27 sentyabr – Rusiya 4 oktyabr - Çin 11 oktyabr - Yaponiya 25 oktyabr - ABŞ 1 noyabr - Meksika 8 noyabr - Braziliya 22 noyabr - Vyetnam 29 noyabr – Bəhreyn 6 dekabr - Bəhreyn 13 dekabr – BƏƏ. Qeyd edək ki, əvvəlki mərhələlər, o cümlədən Azərbaycan Qran-Prisi koronavirus səbəbindən baş tutmayıb. Bəzi yarışlar ləğv edilib, bəziləri təxirə salınıb.
Facebook-da paylaş