"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salınıb
"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salınıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə yarış təşkilatçısının rəsmi tvitter səhifəsində paylaşım edilib.
Bildirilir ki, 5-7 iyun tarixlərində baş tutmalı olan Azərbaycan Qran-prisi keçirilməyəcək. Buna səbəb koronavirus pandemiyasının qlobal şəkildə yayılmasıdır. Bu üzdən təşkilatçılar Azərbaycan mərhələsini təxirə salmaq qərarına gəliblər.
Qeyd edək ki, daha öncə 7 mərhələ təxirə salınıb. Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Monako Qran-Prilərinin sonradan keçirilib-keçirilməməsi də dəqiqləşməyib.
Xəbəri paylaş
Facebook-da paylaş