Moskvada koronavirusdan ən yüksək ölüm qeydə alındı

 

Rusiyanın paytaxtı Moskvada koronavirusdan ölənlərin sayı 1 432nəfərə çatıb. 

Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiyanın Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.

Məlumata görə, paytaxtda daha 74 nəfər koronavirusun qurbanı olub.

"Moskvada pnevmaniya diaqnozunun təsdiqləndiyi və koronavirus testinin müsbət nəticə verdiyi 74 pasiyent öldü", - deyə xəbərdə bildirilir. Bu, paytaxtda COVID-19-dan gün ərzində ən yüksək ölüm sayıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}