ABŞ-ın pensiya fondları Çin şirkətlərinin səhmlərinə yatırım qərarından çəkildi

 

ABŞ Pensiya Yığımları Federal İnvestisiya Şurası bugünkü toplantısının sonunda koronavirus pandemiyası ilə əlaqədar Çin şirkətlərinin səhmlərinə yatırımlardan imtina edib. Bu barədə Şuranın sədri Maykl Kennedi toplantının yekunlarına dair bəyanatında qeyd edib. 

Şura rəhbərliyi bütünlüklə Çin şirkətlərinin daxil olduğu indeks fonduna 40 milyard dollar yatırım edilməsini nəzərdə tutan planın qeyri-müəyyən vaxta təxirə salınması barədə qərarı dəstəkləyib: “Koronavirus bütün dünyada bazarlara və ölkələrə ciddi təsir edib. Virus dünyada yüksək səviyyədə qeyri-müəyyənliyə səbəb olub. Buna görə də biz əmin deyilik ki, inkişaf etməkdə olan ölkələrin şirkətlərinin səhmlərinə yatırım vaxtı gəlib çatıb”.

Qeyd edək ki, Çin şirkətlərinin səhmlərinə yatırımlar bu ilin 1 iyununda başlamaqla 90 gün davam etməliydi. Dünən FoxBusiness telekanalı məlumat yaymışdı ki, Ağ Ev ABŞ federal pensiya fondlarına Çin şirkətlərinin səhmlərinə yatırım qərarından geri çəkilmələrini tapşırıb.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}