Türkiyədə koronavirusdan gündəlik ölənlərin sayı üç dəfə azalıb - STATİSTİKA

 

"Türkiyədə son sutkada daha 48 nəfər pandemiyanın qurbanı olub”.

Şəffaflıq.az-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 689 nəfərəçatıb.

Nazir həmçinin daha 1 848 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 135 569-a yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 86 396 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}