Türkiyədə koronavirusa yoluxanların sayı 120 mini ötdü - STATİSTİKA
"Türkiyədə son sutkada daha 93 nəfər pandemiyanın qurbanı olub”.
Şəffaflıq.az-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 174 nəfərə çatıb.
Nazir həmçinin daha 2 615 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 120 204-ə yüksəldiyini bildirib.
F.Koca Türkiyədə indiyədək 48 886 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.
Xəbəri paylaş
Facebook-da paylaş