Rusiyada üç jurnalist pandemiyanın qurbanı olub
“İndiyədək 23 ölkədə 55 jurnalist COVID-19-dan ölüb”.
Şəffaflıq.az “Interfax”a istinadən xəbər verir ki, bunu Rusiyanın Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov açıqlayıb.
Onun sözlərinə görə, Rusiyada 100-dən çox jurnalistə koronavirus diaqnozu qoyulub. Onlardan 3-ü vəfat edib.
“Yoluxanların əksəriyyətində xəstəlik əlamətsiz keçir”, - V.Solovyov bildirib.
Sədr həmçinin 500-dən çox jurnalistin hazırda həkimlərin müşahidəsi altında olduğunu vurğulayıb.
Qeyd edək ki, Rusiyada qeydə alınmış yoluxma hallarının sayı 155 370-dir. Onlardan 19 865 nəfəri sağalsa da, 1 451 nəfər koronavirusun qurbanı olub.
Xəbəri paylaş
Facebook-da paylaş