İngiltərə hökuməti razılıq versə, Premyer Liqa bərpa olunacaq — RƏSMİ
Şəffaflıq.az bildirir ki, bu barədə yarışın rəsmi saytının yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, komandalar idman prinsiplərini qorumaq məqsədilə çempionatın başa çatıdırılmasını istəyirlər: "Klublar dövlətin dəstəyinə görə minnətdardırlar. Premyer Liqa təmsilçiləri yalnız hökumətin razılığı ilə mütəxəssislərin rəhbərliyi altında, futbolçu və baş məşqçilərlə məsləhətləşmədən sonra məşqlərə başlamaq və oyunları başlatmaq üçün ilk addımları nəzərdən keçirirlər", - məlumatda vurğulanıb. Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
Facebook-da paylaş