"Mançester Siti"yə ŞOK cəza - Avrokuboklardan kənarlaşdırıldı
UEFA "Mançester Siti"yə ağır cəza tətbiq edib.
Şəffaflıq.az qafqazinfo-ya istinadən xəbər verir ki, İngiltərə təmsilçisi iki mövsümlük avrokuboklarından kənarlaşdırılıb.
Buna klubun maliyyə feyr-pley qaydalarını pozması səbəb olub. Cəzanın 2020/2021 və 2021/20222 mövsümlərini əhatə etdiyi bildirilib.
Bundan başqa, Premyer Liqa təmsilçisi 30 milyon avro məbləğində cərimələnib.
Qeyd edək ki, "Mançester Siti"nin İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edə biləcəyi vurğulanıb.
Xəbəri paylaş
Facebook-da paylaş