Boris Conson aprelin 27-də vəzifəsinə qayıdacaq
Koronavirus infeksiyasından sağalan Böyük Britaniyanın Baş naziri Boris Conson aprelin 27-də vəzifəsinə qayıdacaq. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə hökumət başçısının rəsmi nümayəndəsi bildirib. Nümayəndənin sözlərinə görə, Baş nazir aprelin 24-də öz müşavirləri ilə görüş keçirib: Qeyd edək ki, B.Conson aprelin 5-də koronavirusa yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ölkə hökumətinin başçısı bir neçə gün reanimasiya şöbəsində olmaqla bir həftə xəstəxanada yatıb.
"B.Conson Böyük Britaniyanın koronavirusla mübarizədə irəliləməsi haqqında ən son məlumat alıb".
Xəbəri paylaş
Facebook-da paylaş