Əsas Səhifə > Dünya > Boris Conson aprelin 27-də vəzifəsinə qayıdacaq
Boris Conson aprelin 27-də vəzifəsinə qayıdacaq26-04-2020, 10:25 |
Koronavirus infeksiyasından sağalan Böyük Britaniyanın Baş naziri Boris Conson aprelin 27-də vəzifəsinə qayıdacaq. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə hökumət başçısının rəsmi nümayəndəsi bildirib. Nümayəndənin sözlərinə görə, Baş nazir aprelin 24-də öz müşavirləri ilə görüş keçirib: "B.Conson Böyük Britaniyanın koronavirusla mübarizədə irəliləməsi haqqında ən son məlumat alıb". Qeyd edək ki, B.Conson aprelin 5-də koronavirusa yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ölkə hökumətinin başçısı bir neçə gün reanimasiya şöbəsində olmaqla bir həftə xəstəxanada yatıb. Geri qayıt |