Tramp koronavirusu bir dəqiqəyə məhv etməyin yolunu açıqladı
ABŞ prezidenti Donald Tramp koronavirusu bir dəqiqəyə məhv etməyin yeni metodunu açıqlayıb.
Şəffaflıq.az xəbər verir ki, Trampın fikrincə, əgər gün işığını insan bədəninə buraxsalar, infeksiya bir dəqiqəyə məhv olar. Trampın dediyinə görə, amerikalı alimlər ölkədə 2,7 milyon insanın COVİD-19-a yoluxacağını ehtimal edirlər. Aparılan analizlər 13,9 faiz insanda virusa qarşı anticisimlərin olduğunu göstərib. Rusiyalı alimlərin pronozu isə ürəkaçan deyil. Onlar qeyd ediblər ki, COVİD-19-u tezliklə qızılca və poliomielit epidemiyası əvəz edəcək.
24 aprelə olan məlumata görə, dünyada 2 750 920 koronavirus yoluxması var və xəstəlikdən 191061 nəfər həlak olub.
ÜST-ün Avropa bölməsinin direktoru Hans Klyuqe koronavirusu “təsəvvür edilməz bəşəri faciə” adlandırıb. Onun sözlərinə görə, dünən Avropada 6689 nəfər virus nəticəsində uzunmüddətli müalicədən sonra ölüb.
Həmçinin ÜST-ün də verdiyi bəyanatda qeyd edilir ki, koronavirusla mübarizə fonunda digər keçici infeksiya xəstəlikləri üzə çıxa bilər. Buna səbəb bu dövr ərzində peyvəndləmə işlərinin təxirə salınmasıdır.
Həmçinin ABŞ-da aprılmış araşdırmalar göstərib ki, virus isti və nəm havada soyuq və quru havaya nisbətən daha tez məhv olur. Bunu əsas götürən Tramp bildirib: “Əgər biz xəstəni ultrabənövşəyi şüalara məruz qoysaq və ya çox güclü işıq altına alsaq, xəstəlik anında məhv olar”. O bu bəyanatı Ağ Evdə çıxışı zamanı verib.
Facebook-da paylaş