Şamaxı rayonunda 1 yaşlı körpə nənəsinin ehtiyatsızlığının qurbanı olub.
Şamaxı rayonunda 1 yaşlı körpə nənəsinin ehtiyatsızlığının qurbanı olub.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Çarhan kəndində qeydə alınıb.
Belə ki, 2019-cu il təvəllüdlü Abbasov Ayxan Abbas oğlu yaşadığı ikimərtəbəli evin eyvanında nənəsinin qucağından yerə yıxılıb. Ağır kəllə-beyin xəsarəti alan körpə əvvəlcə rayonun mərkəzi xəstəxanasına, sonra isə vəziyyətinin ağırlaşması səbəbindən Bakının xəstəxanalarının birinə göndərilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xəbəri paylaş
Facebook-da paylaş