Deputat Məzahir Əfəndiyev: "Apteklərdə spirt və maska yoxdur"
Qeyd edək ki, ilk dəfə tətbiq edilən onlayn iclasda 8 məsələyə baxılıb.Milli Məclisin deputatı Məzahir Əfəndiyev iclasın gedişatında Covid19, koronavirusla mübarizə tədbirlərinin daha da gücləndirmək məqsədi ilə vətəndaşları yalnız Nazirlər Kabinetinin yaratdığı Operativ Qərərgahın rəsmi məlumat və tövsiyələrinə əməl etməyə çağırıb.Deputat Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənablarının dünyanı lərzəyə gətirən korona virusuna qarşı qəti tədbirləri, sərəncam, fərmanları və vətəndaşları evdə qalaraq özlərini, ailələrini qorumaq, xalqımızı birlik nümayiş etdirməyə dəvət etməsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir ana kimi sakinlərdən Operativ Qərərgahın yaydığı məlumatlara əməl etmələrini, evdə qalaraq həyat xilas etməyə çağırışını yüksək qiymətləndirib. Deputat ölkə başçısının Azərbaycan həkimini alqışlaması, onların əmək haqqının qaldırılmasını diqqətə çatdırıb.O, xalqın dezinformasiya xarakterli məlumatlara inanmamağının, evdə qalaraq bu xəstəlikdən qorunmağın, gigiyenik qaydalara, spirt məhlulundan, qoruyucu maskalardan istifadə edərək, canlı təmasdan uzaq durmağın vacibliyini bildirib. M.Əfəndiyev bu gün bəzi apteklərdə spirt, qoruyucu maskaların çatışmamazlığını bildirərək, təcili olaraq bu ləvazimatların apteklərdə olmasının vacibliyini, bu vəziyyətdə bu ləvazimatları baha satan və ya satışına mane olan işbazlara qarşı cinayət məcəlləsinə uyğun iş aparılmasını vurğulayıb. Əlaqədar təşkilatların məsələylə əlaqədar təcili hərəkətə keçməsini təklif edib.Regionlarda, o cümlədən kəndlərdə dizenfeksiya işlərinin zəifliyini, rayon icra hakimiyyətləri tərəfindən təcili olaraq məsuliyyətlə bu işlərə yanaşması məsələsini gündəmə gətirən deputat həyəcan təbilinin çalınmasını diqqətə çatdırıb.65 yaşlı insanların çölə çıxmamasının vacib olduğunu yalnız onlara qarşı birazda diqqətli olsaq görərik ki, bu aylar təqaüdçülərin pensiyalarını alınması günlərinə təsadüf edildiyindən, kəndlərin bəzisində bankomatların olmamasını vurğulayan M.Əfəndiyev ərazilərdə təqaüdlərin evlərə çatdırılmasını bu dönəm üçün vacib olduğunu bildirib. Belə bir proqram keçmiş dövrlərdə olduğu üçün bu günlərdə yaşlı nəsil nümayəndələrinin evdə qalmasını və onların pensiyalarının evə çatdırılmasının bərpasının lazım olduğunu təklif edib.Çıxışının sonunda deputat bir daha vətəndaşlardan evdə qalmağı, evdən çıxmamağı, bütün qaydalara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin tövsiyə və sərəncamlarına əməl etməyə çağırıb.
Müəllif: Davud Trverdiyev
Şəffaflıq.az
Facebook-da paylaş