Şahin Mustafayevə yeni vəzifə verildi – Azərbaycan-Avropa İttifaqı üzrə Dövlət Komissiyasının tərkibində dəyişiklik oldu
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib. Dəyişikliklə Komissiyanın tərkibi aşağıdakı kimi olub: “Komissiyanın sədri Şahin Mustafayev – Azərbaycan Respublikası Baş Nazirinin müavini Komissiyanın üzvləri Azərbaycan–Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini Azərbaycan Respublikası Maliyyə nazirinin birinci müavini Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası Energetika nazirinin müavini Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Azərbaycan Respublikası Təhsil nazirinin müavini Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədrinin birinci müavini Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin müavini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri”. Sərəncama əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi dəyişiklik barədə Avropa İttifaqı tərəfinə bildiriş göndərəcək.
Facebook-da paylaş