Göyçay parklarında skamyaları “bağladılar” – Foto
Göyçay şəhərində koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində daha bir addım atılıb.Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimini sərtləşdirməsi qərarı ilə əlaqədar insanların parklarda toplaşmasının qarşısını almaq üçün Göyçayın Heydər Əliyev parkında oturacaqlar (skamyalar) götürülüb.Daşına bilməyən oturacaqlara isə xüsusi xəbərdarlıq lenti ilə qadağa tətbiq olunub. Lakin buna baxmayaraq, lenti qıraraq oturacaqlara əyləşənlər də tapılır.
Davud Tarverdiyrv.
Göyçay:
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş