ABŞ beş xarici diplomatik nümayəndəliyi bağlamaq istəyir
ABŞ Dövlət Departamenti Amerikanın diplomatik mövcudluğunun azaldılması çərçivəsində beş xarici diplomatik nümayəndəliyin bağlanması planları barədə Konqresi məlumatlandırıb. Şəffaflıq.az "Reuters"ə istinadən xəbər verir ki, söhbət Naqoya (Yaponiya), Medan (İndoneziya), Vinnipeq (Kanada), Duala (Kamerun) və Sent-Corces (Qrenada) şəhərlərindəki konsulluqlardan gedir. Agentliyin mənbələrinə görə, bağlanma barədə bildiriş ötən həftənin sonlarında Konqresin bir neçə komitəsinə göndərilib. Nümayəndəliklərin gözlənilən bağlanması, Amerikanın xaricdəki missiyalarının sayının azaldılmasının konkret geosiyasi böhranla əlaqədar olmayan nadir hallarından biri olacaq. Daha əvvəl, ABŞ Prezidenti Donald Tramp administrasiyasının ilk aylarında Dövlət Departamenti "Öncə Amerika" proqramına uyğun olaraq federal bürokratiyanın islahatı təşəbbüsü çərçivəsində onadək xarici nümayəndəliyin bağlanması üçün hazırlıqlara başlayıb. Bununla yanaşı, Ağ Evin Büdcə və İdarəetmə İdarəsi 30-dək xarici nümayəndəliyə təsir edə biləcək daha genişmiqyaslı ixtisarların tərəfdarı kimi çıxış edib. Administrasiyanın bəzi nümayəndələri bir sıra kiçik missiyaların iqtisadi baxımdan səmərəsiz və məqsədəuyğun olmadığını bildiriblər.
Facebook-da paylaş








