Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb


Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Şəffaflıq.az yerli mətbuata istinadən xəbərinə görə, hadisə Balıkəsirdə qeydə alınıb.

Belə ki, sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər ölüb, daha 31 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, xilasedicilər və polis əməkdaşları cəlb olunub. Yaralılar təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis qəza ilə bağlı araşdırma aparır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}