Qazaxıstanın qərbinə PUA olduğu ehtimal edilən obyekt düşüb
Qazaxıstanın qərbinə, Aktöbe vilayətinə pilotsuz uçuş aparatı (PUA) olduğu ehtimal edilən obyekt düşüb. Şəffaflıq.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları faktla bağlı yoxlamalara başlayıb. Qeyd olunur ki, sosial şəbəkələrdə yayılan videoda partlayış anı əks olunub. "Aktöbe vilayətinin Polis Departamenti səlahiyyətli xidmətlərlə birgə Karqalı rayonunda PUA-nın qalıqlarına bənzər əşyaların aşkarlanması faktı üzrə yoxlama tədbirləri həyata keçirir. Obyekt yaşayış məntəqəsinin ərazisindən kənarda aşkarlanıb. Hadisənin bütün halları araşdırılır", - məlumatda bildirilib. Nəşrlər qeyd edib ki, bu, son bir ildə Qazaxıstanın qərbində baş vermiş ilk belə hadisə deyil. 2025-ci il fevralın 18-də Qərbi Qazaxıstan vilayətinin Bökeyorda rayonunun Uyalı kəndi yaxınlığında da PUA aşkarlanmışdı.
Facebook-da paylaş








